
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Baş nazir müxalif siyasətçi Paata Burçuladzenin elan etdiyi inqilabın uğur qazanması ehtimalını rədd edib.
“Hər kəsə açıq xəbərdarlıq edirəm: biz kimisə həbs etməkdən həzz almırıq, amma kimsə qanunu pozarsa, bunun nəticələri ilə üzləşməlidir. Bu, bizim dostluq mesajımızdır. Dəmir barmaqlıqlar arxasında yeni “vicdan günahkarları”na ehtiyacımız yoxdur. Bir daha hamını sərt hüquqi reaksiya doğura biləcək hərəkətlərdən çəkinməyə çağırıram. Bu, bizim qəti xəbərdarlığımızdır.
Əlbəttə, Paata Burçuladzenin elan etdiyi inqilab uğur qazana bilməyəcək, amma əvvəlkilərdən daha çox insan dəmir barmaqlıqlar arxasına düşə bilər. Vətəndaşlarımızı düzgün xəbərdar etmək bizim borcumuzdur. Qanun çox sərt cavab verərsə, təəccüblənməyin”, - Kobaxidze vurğulayıb.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Tehsil-press.az