Xankəndi stadionunda beynəlxalq oyunlar da keçiriləcək

Xankəndi stadionunda beynəlxalq oyunlar da keçiriləcək Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

“Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün, oktyabrın 2-də kamandan oxatma yarışları Xankəndidə başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər