Təhsil millətin gələcəyi, güclü dövlətin təməlidir. Mükəmməl təhsil isə qüdrətli dövlətin qaranitidir. Müasir gənclərimizə mənəviyyatımız, tariximiz, habelə zəngin maddi və mənəvi sərvətlərimiz barədə dərin biliklər vermək, onlarda vətənpərvərlik hissləri formalaşdırmaq hər birimizin qarşısında duran ən ümdə vəzifədir. Onu da qeyd edim ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilin milli-mənəvi və ümumbəşəri dəyərlər əsasında qurulmasına tarixi imkan və şərait yaradılmışdır. Gələcəyimiz gənclərin, bugünkü şagirdlərimizin əlindədir. Odur ki, onların savadlı, bilikli olması Vətənin parlaq gələcəyi deməkdir.
Bu gün XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin həyatında növbəti əlamətdar günlərdən birini – on beş illiyini qeyd edirik. Bu böyük sevincimizi sizlərə - elmə, təhsilə dəyər verən insanlarla bölüşmək arzusundayıq.
Mən fəxr hissi ilə demək istəyirəm ki, Mərkəzimiz 2001-ci ildə ümummilli liderimiz H.Əliyevin xeyir-duası ilə təsis edilmişdir. Bu da bizdə məsuliyyət hissini daha da artırır.
Müstəqil Azərbaycanda milli dövlətçiliyimizin əsas sütunlarından biri də sağlam cəmiyyətin yaradılmasıdır. Odur ki, respublikamızın prezidenti İlham Əliyev başda olmaqla, Təhsil Nazirimiz M.Cabbarovun rəhbərliyi ilə hər birimiz təhsil sahəsinə xüsusi diqqət yetirir, mənəvi dəyərlərimizi qorumaqla həmrəylik nümayiş etdiririk.
Bu illər ərzində sabahımız olan şagirdlərimizə yüksək səviyyəli təhsillə bərabər, dövlətçilik, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, vətənə bağlılıq ideyalarını təbliğ etmişik. Məqsədimiz şagirdlərimizə məhz intellektual qabiliyyəti və yaradıcı təfəkkürü inkişaf etdirən yüksək səviyyəli təhsil verməklə yanaşı, sabahın əsl vətəndaşını yetişdirməkdir.
15 il... zəhmətlə, böyük məsuliyyətlə, həvəslə çalışdığımız illərin, demək olar ki, hər gününü, hər anını xatırlayırıq. Mərkəzimiz bugünkü mövqeyinə böyük əmək sərf edərək yüksəlmişdir. Bu məqama yüksəlməyimiz isə bizdən müəyyən zaman, gərgin əmək, böyük məsuliyyət tələb etmiş, sənətə, şagirdlərimizə olan sevgimiz bizə bütün çətinliklərə qalib gəlməyə qüvvət vermişdir. Artıq uzun müddətdir ki, Mərkəzimiz müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması, yeniliklərə dinamik şəkildə qoşulması, hər il daha böyük uğurlara imza atması ilə seçilməyə, ictimaiyyətin diqqətini cəlb etməyə müvəffəq olmuşdur. Bizim şagirdlər “Beynəlxalq İntellekt” Olimpiadasının iştirakçılarıdırlar. Yuxarı sinif şagirdlərimiz fənn olimpiadalarının şəhər və Respublika turlarında müvəffəqiyyətlər qazanır, respublikadan kənarda keçirilən olimpiadalarda, yarışmalarda da yaxşı nəticələr göstərirlər.
Mərkəzimizdə işinin peşəkarı olan və sənətini, şagirdləri sevən, daim öz üzərində işləməyə, yenilikləri öyrənib tətbiq etməyə səy göstərən müəllimlər çalışır. Bütün uğurlarımızda müəllimlərimizin əvəzsiz rolu vardır.
Şagirdlərinə ürəkdən bağlı olan müəllimlərimiz onlara daim sevgi və xüsusi diqqətlə yanaşır.
Mərkəzimizdəki tədris fəaliyyətinin əsasını müəllim, şagird və valideynlərin əməkdaşlıq şəraitində apardıqları məqsədyönlü iş təşkil edir. Odur ki, müəllimlərimizlə yanaşı, valideynlərimizin də zəhmətini, diqqətini yüksək qiymətləndirir, onların hər birinə təşəkkürümüzü bildirirəm.
Ən böyük təşəkkürümüz bizə Azərbaycanın gələcək uğurlarını təmin edəcək şagirdlər yetişdirmək üçün stimul verən, əlverişli şərait yaradan dövlət başçımız İlham Əliyevə, təhsil nazirimiz Mikayıl Cabbarova və o cümlədən, elmə, təhsilə dəyər verən insanlaradır. Bu gözəl gündə böyük uğurlar qazanmağımız üçün mükəmməl şərait yaradan, Azərbaycanın ictimai həyatında müstəsna xidmətlər göstərmiş və bununla da ümummilli liderimiz Heydər Əliyevin ideyalarının daşıyıcısı olan çox hörmətli Arif Qaraşova təşəkkürümüzü bildiririk. O, fəaliyyət göstərdiyimiz illər ərzində Mərkəzdəki proseslərlə yaxından tanış olmuş, diqqət və dəstəyini əsirgəməmişdir.
Bu illər ərzində 9 buraxılışımız olmuşdur. Məktəbimizin məzunlarından 6 nəfəri qızıl medal, 2 nəfəri isə gümüş medalla məktəbi bitirmişlər, qalanları isə demək olar hamısı əla qiymətlərlə məktəbi bitirmişlər, sevindirici haldır ki, Mərkəzdə fəaliyyət göstərən İB DP proqram üzrə təhsil alan məzunlarımızın nəticələri də çox yüksəkdir və onlar dünyanın mötəbər ali məktəb tələbələridirlər. Onlar bizim adımızı oxuduqları təhsil müəssisələrində daim uca tuturlar.
Mərkəzimiz sürətlə inkişaf edir və yeni-yeni uğurlar əldə edir. Bütün bunlar bizi fərəhləndirir. Düşünürəm ki, bu yalnız Mərkəzimizin deyil, ümumilikdə təhsilimizin, mədəniyyətimizin, Azərbaycanımızın qələbəsidir.
Bu gün sizə çoxşaxəli fəaliyyətimiz, əldə etdiyimiz uğurlar barədə danışıb sevincimizi bölüşür, bizimlə birlikdə olduğumuza görə, bu illər ərzində uğurlara doğru addımlar atarkən bizə inandığınıza və dəstəklədiyinizə görə sizə təşəkkür edirik. Mərkəzimiz əbəs yerə özündə əsrimizin adını yaşatmır. Bunda məqsəd nəinki 15 ilin, bundan sonra hələ uzun illərin ən qabaqcıl təhsil müəssisələrindən biri olmaq və ən nəhayət, əsrimizin ən mükəmməl tədris mərkəzi adını doğrultmaq olacaq. İnanıram ki, BTİM XXI ƏSR-in adını daim doğrultmağında – 21-ci əsrin flaqman təhsil müəssisəsi olmasında hər birimiz üzərimizə düşən işin öhdəsindən səbr, məsuliyyət və ən nəhayət sənətinə, vətəninə olan sevgini əməli işdə nümayiş etdirərək gedəcəyik. Gün gələcək biz sizinlə daha böyük uğurlarımızdan danışacağıq.
Azərbaycanda uğurlu davam edən təhsil islahatlarının yerinə yetirilməsi üçün kollektivimiz bundan sonra da var gücünü, bilik və bacarığını əsirgəməyəcək.

Lümunət Kərimova,
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru