AzMİU Avropa Birliyinin maliyələşdirdiyi layihədə iştiraka dəvət alıb

AzMİU Avropa Birliyinin maliyələşdirdiyi layihədə iştiraka dəvət alıb Azərbaycan - İtaliya Assosiasiyasının rəhbəri Paola Casagrand bu gün AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
P.Casaqrand EuropeAid proqramı tərəfindən maliyyələşdirilən Azərbaycanda peşə təhsilinin və təlim mərkəzlərinin müasirləşdirilməsini nəzərdə tutan yeni layihə barədə ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində Qubada və Şəkidə peşə məktəblərinin təmiri və bərpası işləri görüləcək. Belə iddialı layihənin həyata keçirilməsi üçün güclü və yüksək nüfuzlu konsorsiumun vacibliyini vurğulayan qonaq Avropa Birliyi tərəfindən ENEA-nın (Yeni Texnologiyalar, Energetika və Davamlı İqtisadi İnkişaf naminə İtalyan Milli Agentliyi) cəlb olunduğunu diqqətə çatdırıb. Xanım Casaqrand İtaliyada BUILD-UP SKILLS təşəbbüsünün milli əlaqə nöqtəsi olan ENEA ilə yanaşı, AzMİU-nun da bu layihədə iştirak etməsini arzuladıqlarını dilə gətirib. Sonra o, tikinti sektorunda BUILD-UP SKILLS təşəbbüsündən, enerji səmərəliliyi, binalarda bərpa olunan enerji mənbələrinin bölüşdürülməsindən və tikintidə ekomateriallardan istifadənin vacibliyindən danışıb.
İşgüzar təklifə görə xanım Casaqranda təşəkkür edən AzMİU-nun rektoru tərəfdaş kimi bu layihədə iştirak məsələsinin müsbət dəyərləndiriləcəyini bildirib. O qeyd edib ki, AzMİU ilə İtaliya universitetləri arasında ikitərəfli əlaqələr yüksək səviyyədə qurulub, bu əməkdaşlığın tarixi 2000-ci ilin əvvəllərinə təsadüf edir. “Milan Texnik Universiteti ilə mübadilə proqramlarımız var, hazırda 7 tələbəmiz orda təhsil alır. Eyni zamanda Sapienza, Florensiya və digər universitetlərlə yaxşı əlaqələrimiz var. Yaz semestrində mübadilə proqramları üzrə 3 müəllimimiz, 2 tələbəmiz, 2 doktorantımız İtaliyaya yola düşəcək. Bundan başqa, İtaliyanın Romualdo del Bianko Fondu ilə əməkdaşlıq edirik, fondla birgə İtaliyada 4 beynəlxalq konfrans keçirmişik. Onlar da Bakıda bizim dəstəyimizlə 2 festival keçiriblər”.
Enerji təhlükəsizliyi və binalarda bərpa olunan enerji mənbələrinin bölüşdürülməsi, eəcə də tikintidə ekomateriallardan istifadə məsələlərində kifayət qədər təcrübəyə malik olan universitet müəllimlərinin təklif olunan layihədə iştirakı məsələsinə toxunan rektor bu əməkdaşlığın səmərəli olacağına ümidvar olduğunu vurğulayıb.
Görüşdən sonra AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva bə xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyevlə layihənin detalları barədə fikir mübadiləsi aparılıb, müzakirələr olub.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU Avropa Birliyinin maliyələşdirdiyi layihədə iştiraka dəvət alıbAzMİU Avropa Birliyinin maliyələşdirdiyi layihədə iştiraka dəvət alıb

Oxşar xəbərlər