Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə Böyük Britaniya yazıçısı Bernard Şounun “Piqmalion” pyesi ingilis dilində tamaşaya qoyulub. Adıçəkilən kafedranın müdiri, dosent Tamilla Əmirovanın rejissorluğu və Şifahi anlama və nitq 2 fənnini tədris edən baş müəllim Nurlana Heybətovanın ssenarisi üzrə Tərcümə fakültəsinin I və III kurs tələbələri eyniadlı pyesi səhnələşdirib.
Öncə Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova qonaqları salamlayaraq B.Şou dramaturgiyasının məhsulu olan “Piqmalion” pyesi haqqında ətraflı məlumat verib.
Daha sonra pyesdən səhnəciklər nümayiş olunub.
Sonda ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Tərcümə fakültəsinin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib, tələbələrin pyesi peşəkar səviyyədə nümayiş etdirdiklərini vurğulayıb. O, bu pyeslərin tələbələrin dil qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rolunun olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri ilə yanaşı, ABŞ və Böyük Britaniya səfirliklərindən də qonaqlar qatılıb.

ADU-nun Məbuat Xidməti