Azərbaycan Dillər Universitetində Yeni il şənliyi

Azərbaycan Dillər Universitetində Yeni il şənliyi Yeni il yeni arzular, yeni istəklər deməkdir. Hər kəs Yeni ilin gəlişini səbirsizliklə gözləyir. Artıq 2017-ci ili - Xoruz ilini yola salıb 2018-ci ili - İt ilini qarşılayırıq.
Yeni ildə məktəblərdə, ali təhsil ocaqlarında, müxtəlif təşkilatlarda şənliklər, tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dekabrın 21-də Azərbaycan Dillər Universitetində təşkil olunmuşdur. Tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr edilmişdir. Tədbirdə universitet müəllimləri, tələbələr, qonaqlar iştirak edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirin təşkilatçısı ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Əqidə Axundova tədbiri açaraq hər kəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edib xalqımıza sülh, əmin-amanlıq arzuladı. Aparıcılar - Cəmilə Məmmədova, Asif Həsənzadə qonaqları salamlayıb gözəl şeirlər, çıxışlar təqdim etdilər.Ulu Öndər Heydər Əliyev haqqında slayt göstərildi. Xalq artisti Ağadadaş Ağayev Ulu Öndərə həsr edilən mahnı səsləndirdi. Qarabağla bağlı təqdim olunan slayd, Yaqub Zurufçunun ifa etdiyi "Ayrılıq" mahnısı, "Dalğa" rəqs ansambılının ifasında "Sarı gəlin" rəqsi hər kəsi təsirləndirdi. Tələbələrdən Ayşən Alışanovanın, Nərgiz Əliyevanın, İsmət Həsənovun, Nərgiz Məhərrəmovanın, Nəsimi Nəbiyevin və Jalə Hüseyinlinin çıxışları maraqla qarşılandı. Sazda ifa olunan el havaları zalda əyləşənlərə xüsusi zövq verdi. Şaxta baba və Qar qızın gəlişi isə tədbiri daha da canlandırdı. Onlar gətirdikləri hədiyyələrlə iştirakçıları sevindirdilər. Aparıcıların suallarına doğru cavab verən tələbələrə hədiyyələr təqdim olundu. Sonda Əqidə xanım ADU-nun rəhbərliyinə, Azərbaycan dilçiliyi kafedrasının rəhbəri Adil Babayevə, tədbirin təşkilində zəhməti olan kafedranın dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Aidə İbrahimovaya, filologiya və jurnalistika fakultəsinin dekanı Vüsalə Ağabəyliyə, universitetin musiqi klubunun rəhbəri Salman Quliyeva minnətdarlığını bildirdi.
Tədbir Ülviyyə Piriyevanın ifasında "Azərbaycan - Türkiyə" mahnısı ilə başa çatdı.

Kəmalə Rəhimli
"Qızıl qələm" media mükafatı laureatı,
"Əsrin ziyalıları" qəzetinin şöbə müdiri


Azərbaycan Dillər Universitetində Yeni il şənliyiAzərbaycan Dillər Universitetində Yeni il şənliyiAzərbaycan Dillər Universitetində Yeni il şənliyiAzərbaycan Dillər Universitetində Yeni il şənliyiAzərbaycan Dillər Universitetində Yeni il şənliyi

Oxşar xəbərlər