Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində elmi-nəzəri seminar keçirilib.
Seminarda çıxış edən Memarlıq kafedrasının müəllimi İsmayıl İsmayıllı “Memarlıqda təfəkkür və kompüter qrafikası” adlı çıxışında memarlığı insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemi olduğunu qeyd edib. Naxçıvan Memarlıq Məktəbinin qurucusu olan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Azərbaycanda yaratdığı memarlıq məktəbindən danışan məruzəçi monumental və xalq memarlığı haqda danışıb. Məruzəçi eskizin təkcə memarlıq deyil rəssamlıq, heykəltəraşlıq, seramika, tekstil və b. sahələrdə orjinal işə başlamazdan əvvəl edilən ön hazırlıq, qaralama çalışmaları olduğunu diqqətə çatdırıb. Azərbaycanda son illərdə tikilən binaların eskizləri haqda məlumat verilib.
Sonda universitetin müəllimlərinin elmi-nəzəri seminar haqda fikirləri dinlənilib, təklif və tövsiyyələri nəzərə alınıb.

Hikmət Əliyev