2017-ci il avqustun 18-də “Rubrika.az” saytında “Cəfər Cəfərovun “islahatçı komandası” ADPU-da qanunlara məhəl qoymur” başlıqlı yazı verilmişdir. Material uzun müddət saytın səhifəsində saxlanılmış, digər saytlar da bu materialı tirajlamışlar. ADPU-nun sabiq əməkdaşlarının məlumatı əsasında hazırlanmış materialda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov və digər əməkdaşlar haqqında həqiqətə uyğun olmayan ifadələr işlədilmişdir. Xahiş edirik nəzərə alasınız ki, həmin yazı ADPU-nun bir qrup sabiq əməkdaşı tərəfindən redaksiyamıza ünvanlanan şikayətlər əsasında yazılmışdır. Məhkəmə iddia ərizəsi əsasında yazıda göstərilmiş faktları və məlumatları araşdırmış, onların həqiqətə uyğun olmadığı haqqında qənaətə gəlmişdir. Bununla əlaqədar olaraq Yasamal Rayon Məhkəməsi 19 mart 2018-ci il tarixli qətnaməsi ilə “Rubrika.az” saytında həmin materialla bağlı təkzib verilməsini tələb etmişdir. Məhkəmənin qətnaməsini icra edərək bu təkzibi dərc edirik.