Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) cari ilin sentyabr ayında baş tutacaq “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilat komitəsinin ilk iclası keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına konfransın keçirilməsi istiqamətində görüləcək layihələrdən, həmçinin təşkilati işlərdən danışıb, gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasın gedişində elmi, təşkilati maliyyə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfransın proqram layihəsi ilə əlaqədar təklif və iradlar səsləndirilib. Daha sonra beynəlxalq konfransa xarici ölkələrdən dəvət olunacaq nüfuzlu mütəxəssislər barədə təkliflər verilib, konfransın keçiriləcəyi tarix, iştirakçılar və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Kəmalə Rəhimli