Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 72,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,78 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-də 71,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 68,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,01 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-də 70,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,09 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər