Martın 13-də İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Hüsnan Bəy Fanani, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşüb. Qeyd edək ki, fevralın 14-də ADPU-nun rektoru, professor Cəfər Cəfərovla görüşən səfir Hüsnan Bəy Fanani yaxın gələcəkdə universitetin tələbələri ilə görüşmək arzusunda olduğunu bildirmişdi. ADPU-nun rəhbərliyi səfirin bu arzusunun həyata keçməsinə dəstək verərək onunla universitet tələbələrinin görüşünü təşkil ediblər. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin, Tədqiqat və inkişaf şöbəsinin əməkdaşları, səfirliyin nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü il açan rektor Cəfər Cəfərov qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. “Azərbaycan” qəzetinin bugünkü nömrəsində səfir Hüsnan Bəy Fanani ilə geniş müsahibə dərc olunub. Bu müsahibəsində səfir Azərbaycanla bağlı maraqlı fikirlər söyləyib. Hüsnan Bəy Fanani həm də musiqiçi, rəssam və atletdir.
Səfir Hüsnan Bəy Fanani görüşün təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Hüsnan Bəy Fanani bildirib ki, 30 ildir səfir kimi fəaliyyət göstərir. Novruz bayramı ərəfəsində ADPU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etmək çox sevindiricidir və bundan qürur duyur. Baharın gəlişini, onun istisini sizinlə bölüşmək mənə çox xoşdur. Gənclər Azərbaycanın gələcəyidir. Onlar gələcək liderlərdir.
Görüşdə öz ölkəsi haqqında təqdimatla çıxış edən səfir ölkəsinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi vəziyyəti, ordusu, İndoneziya-Azərbaycan əlaqələri barədə ətraflı məlumat verib. Bildirib ki, İndoneziya dövləti Cənub-Şərqi Asiyada yerləşir. İndoneziyanın paytaxtı Cakarta şəhəridir. Unitar dövlətdir, prezident respublikasıdır. Əhalisinin sayına görə dünyada dördüncü yerdə dayanır. Dövlət dili indoneziya dilidir. Əhalisinin təxminən 88 faizi İslam dininə etiqad edir. İqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycan Odlar Yurdu, İndoneziya isə Odlar halqasıdır. Azərbaycan xalqı zəngin tarixi keçmişə, çoxəsrlik mədəniyyətə malikdir. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Nəriman Nərimanov və digər böyük şairləri, yazıçıları, mütəfəkkirləri, görkəmli ictimai-siyasi xadimləri var. Nizami Gəncəvi öz “Xəmsə”si ilə bütün dünya ədəbiyyatına təsir edib. Azərbaycan Qafqazın ən gözəl ölkəsidir. Azərbaycanın əsrarəngiz, füsunkar, təkrarsız təbiəti var. Ölkənizin turizm potensialı yüksəkdir. Bu səbəbdən Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycana gələn əcnəbilərin arasında biznes və təhsilə maraq göstərənlərin sayı kifayət qədərdir. İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Səfir Hüsnan Bəy Fananinin çıxışını ölkəmizə hörmət və sevgi ruhunda qurması, pianoda Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin” mahnısını, eləcə də digər mahnıları ifa etməsi iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi