Azərbaycanlı alim Bolqarıstan Elmlər Akademiyasında məruzə ilə çıxış edib

Azərbaycanlı alim Bolqarıstan Elmlər Akademiyasında məruzə ilə çıxış edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) şöbə müdiri, akademik Asəf Hacıyev Bolqarıstanın Riyaziyyat İttifaqının dəvəti ilə bu ölkənin Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda keçirilən konfransda məruzə ilə çıxış edib.
Tədbirə Belarus Elmlər Akademiyasının prezidenti, akademik Julian Revalski, Riyaziyyat və İnformatika İnstitutunun direktoru, akademik Veselin Drenski, Bolqarıstan Riyaziyyat İttifaqının sədri, akademik Nikolay Nikolov, həmçinin akademiklər Nikolay Yanev, Peter Kenderov və digərləri qatılıblar.
Asəf Hacıyev məruzəsində akademik Kolmoqorov tərəfindən yaradılan ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində əldə olunan son nəticələr, alimin bu istiqamətdə fəaliyyəti haqqında məlumat verib.
Sonda akademik A.Hacıyevə Bolqarıstan Riyaziyyat İttifaqının xüsusi sertifikatı təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər