Fraktal qrafikanın inkişaf perspektivlərinə dair araşdırmalar davam etdiriləcək

Fraktal qrafikanın inkişaf perspektivlərinə dair araşdırmalar davam etdiriləcək Cari ildə internet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar davam etdiriləcək.
Bu barədə Elmi şuranın növbəti onlayn iclasında şöbə müdiri Anar Səmidov məlumat verib. O, məruzəsində bildirib ki, mövzu çərçivəsində onlayn reklam marketinq sahəsi üzrə araşdırmalar aparılması, ölkədaxili və beynəlxalq təcrübə, eləcə də COVID-19 pandemiyasının dünya üzrə marketinq sahəsinə təsirinin öyrənilməsi nəzərdə tutulur.
Sonra məruzəçi “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görüləcək işlərdən bəhs edib.
A.Səmidov qeyd edib ki, 2021-ci ildə 3D sənayesi və çap texnologiyaları istiqamətində, o cümlədən müvafiq texnologiyaların istehsala təsiri, təhsildə tətbiqi ilə bağlı araşdırmalar da aparılacaq.
Cari ildə şöbədə kompüter qrafikası və dizaynı, multimedia resursları, nəşriyyat və poliqrafiya xidməti üzrə müvafiq işlərin görülməsi planlaşdırılır. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalə nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər də diqqətə çatdırılıb.
Sonda fəaliyyət planına dair müzakirələr aparılıb. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

Tehsil-press.az



Oxşar xəbərlər