Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır - Prezident açıqladı

Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır - Prezident açıqladı "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik".
Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.

Tehsil-press.az

Oxşar xəbərlər