ADNSU-nun əməkdaşı Klaustal Texniki Universitetində tədqiqatlar aparıb

ADNSU-nun əməkdaşı Klaustal Texniki Universitetində tədqiqatlar aparıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-Texnologiya fakültəsinin, həmçinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” elmi-tədqiqat institutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Nərminə Quliyeva “Horizon” layihəsinə hazırlıq məqsədilə Almaniyanın Klaustal Texniki Universitetində tədqiqatlar aparıb.
Nərminə Quliyeva həmin universitetin magistrantlarına “Hidrogen enerjisi”, “Qrafen oksid”, “Supramolekulyar kimya”, “Hitozan və hitozan əsasında kompozitlər”, “Azərbaycanda bərpa olunan enerjilərin istifadəsi”, “Azot tərkibli dikarboksilatlar” və “Qrafen oksidin ekologiyada tətbiqi” mövzuları üzrə mühazirələr oxuyub. O, həmçinin Klaustal Universitetinin laboratoriyalarında araşdırma edib, 4 layihə üzrə müzakirələr aparıb.

Tehsil-press.az


Oxşar xəbərlər