BDU-nun Geologiya fakültəsində tələbələr II kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb olunurlar

BDU-nun Geologiya fakültəsində tələbələr II kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb olunurlar Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində bakalavriat pilləsində tələbələr II kursdan başlayaraq Tələbə Elmi Cəmiyyətinin xətti ilə kafedralarda elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Tələbə və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin laboratoriyalarında tədqiqat aparmaq imkanına malikdirlər. Fakültədə Faydalı qazıntılar, Kristalloqrafiya, mineralogiya və geokimya, Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası və Seysmologiya və Yer təkinin fizikası kafedraları fəaliyyət göstərir. Kafedralar tədrisin keyfiyyətli və səmərəli aparılması üçün müasir avadanlıqlarla təchiz olunub.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər