Kibertəhlükələrin intellektual analizi texnologiyaları araşdırılır

Kibertəhlükələrin intellektual analizi texnologiyaları araşdırılır Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükələrin intellektual analizi texnologiyaları araşdırılır.
Qeyd olunub ki, qloballaşan dünyada internet və onun üzərindən reallaşdırılan xidmətlərin istifadəsi və tətbiqi geniş vüsət alıb. Bu səbəbdən bədniyyətlilər müxtəlif metod və vasitələrdən istifadə edərək kibertəhdidlər yaradır və kiberhücumlar həyata keçirirlər. Kiberhücumların aşkarlanması və qarşısının alınması üçün çoxsaylı təhlükəsizlik metodlarından istifadə edilir. Lakin son illərdə zərərli proqram nümunələrinin sayı və müxtəlifliyinin əhəmiyyətli dərəcədə artması yeni nəsil kiberhücumlar qarşısında ənənəvi təhlükəsizlik yanaşmalarını səmərəsiz edir.
Araşdırma zamanı CTI texnologiyaları tədqiq edilib, müvafiq sahədə mövcud problemlər müəyyən edilib, həmçinin kibertəhdidlər süni intellekt texnologiyaları əsasında intellektual analiz olunub.

Tehsil-press.az


Oxşar xəbərlər