Don Texnik Universitetinin nümayəndə heyəti Bakıdadır

Don Texnik Universitetinin nümayəndə heyəti Bakıdadır Bakıdakı Rus evində Don Dövlət Texnik Universitetinin (DDTU) nümayəndələri ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində həmin universitetin rektoru, professor Besarion Mesxi, beynəlxalq tərəfdaşlıq İdarəsinin rəhbəri Alina Vinitskaya, rektorun köməkçisi Dmitri Cedirov, beynəlxalq əməkdaşlıq xidmətinin eksperti Yeganə Əhmədova daxildir.
Görüş zamanı “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi ilə bu ali təhsil müəssisəsi arasında qarşılıqlı fəaliyyət məsələləri, Rusiya və Azərbaycanın universitetlərinin əməkdaşlığının daha məhsuldar formaları, tələbə və elmi ekspert icmalarının perspektivli layihələri müzakirə edilib.
“DDTU bu gün” təqdimatı əsnasında görüş iştirakçıları bu ali təhsil ocağının struktur bölmələri, onun fəaliyyətinin prioritet istiqamətləri və elmi tədqiqatların əsas sahələri ilə tanış olublar. Rektor Besarion Mesxi yaxın gələcəkdə DDTU-nun “DONTEX-dünya səviyyəli universitet şəhərciyi” investisiya layihəsinin həyata keçirilməsi perspektivləri haqqında məlumat verib.
Görüşdə Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Milli Məclisin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və DDTU-nun məzunu, Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq şöbəsinin əməkdaşı Teymur Aşurov iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər