Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Dendrologiya Bağı” publik hüquqi şəxslə Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağı arasında əməkdaşlıq əlaqələri genişlənir. Bu məqsədlə müəssisələr arasında memorandum imzalanıb.
Memorandumu “Dendrologiya Bağı” publik hüquqi şəxsin idarə heyətinin təmsilçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və Belarus Milli Elmlər Akademiyasının Baş Botanika Bağının direktoru Fyodor Privalov imzalayıb.
Memorandum qarşılıqlı əməkdaşlığın, mobilliyin və dostluq münasibətlərinin genişləndirilməsinə şərait yaradacaq.
Ölkəmizin mütəxəssisləri Belarusda olarkən bağın kolleksiya fondu, istixana, laboratoriya və biotexnoloji tədqiqatları ilə tanış olub, qlobal iqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı qarşılıqlı elmi diskussiyalar aparıblar. Əməkdaşlığın möhkəmləndirilməsi və gələcəkdə onun daha da genişləndirilməsi məqsədilə gələcəkdə ikitərəfli görüşlərin tez-tez təşkil edilməsi barədə razılıq əldə olunub.
Tehsil-press.az