ADA Universitetinin nümayəndələri Gürcüstana səfər çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları və Ermənistanla sərhəddə yerləşən Dmanisi rayonunda müəllim, tələbə və gənclərlə görüşüblər.
Tədbirdə nümayəndə heyətinin Gürcüstanın Təhsil və Elm Nazirliyində, İ.Cavaxişvili adına Tbilisi Dövlət və Tbilisi Texniki universitetlərində, eləcə də soydaşlarımız yaşayan digər bölgələrdə keçirdiyi görüşlərdən danışılıb.
ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və universitetin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova görüş iştirakçılarına ADA Universitetinin fakültələri, tələbə qəbulu qaydaları, tədris proqramları, soydaşlarımız üçün yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, Gürcüstandakı azərbaycandilli məktəblərdə yarana biləcək kadr problemlərinin həlli üçün təqaüd proqramı da tətbiq olunur. Bu proqram çərçivəsində müəllimlər ADA Universitetində magistr təhsili ala bilərlər.
Görüşlərdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov AZƏRTAC-a müsahibəsində deyib ki, digər bölgələrdə olduğu kimi, Dmanisi rayonunun da müəllim, tələbə və yuxarı sinif şagirdləri ADA Universitetinə böyük maraq göstərirlər. Onlar, ilk növbədə, Azərbaycan dövlətinin diqqət və qayğısını, ADA Universitetinin soydaşlarımıza yaratdığı şəraiti yüksək qiymətləndirirlər. Müəllim və tələbələr ADA Universitetində magistr təhsili almaq arzusunda olduqlarını bildiriblər. Məktəblərin yuxarı sinif şagirdləri də ADA Universitetində bakalavr təhsili almaq istəyirlər. Onun sözlərinə görə, ADA Universiteti əməkdaşlarının keçirdikləri görüşlərdən sonra artıq bir neçə soydaşımız səfirliyə müraciət edib. Səfirlik bütün təklifləri ümumiləşdirib ADA Universitetinə təqdim edəcək.
Tehsil-press.az