“Gənc İstedadlar”ın bayram şənliyi

“Gənc İstedadlar”ın bayram şənliyi Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə liseyin direktoru Arif Bağırov Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini vurğulayıb. O, Ulu Öndərin elmə, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
A.Bağırov bayram münasibətilə müəllim və şagirdləri təbrik edib, xoş arzularını bildirib.
Sonra lisey şagirdləri şeirlər söyləyib, mahnılar və rəqslər ifa ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər