Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2023-2024-cü tədris ilində magistratura səviyyəsində təcrübənin başlanmasına həsr olunan konfrans keçirilib.
Tədbirdə çıxış edən Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov vurğulayıblar ki, son illər ADPU-da magistratura təhsilinin məzmunu və keyfiyyətinin artırılması, qabaqcıl sahələr üzrə ixtisaslaşmaların açılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.
Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov diqqətə çatdırıb ki, ümumilikdə 350-dək magistrantın iştirak edəcəyi təcrübədə elmi-tədqiqat və istehsalat təcrübəsi fevralın 16–dan martın 15-dək, elmi-pedaqoji təcrübə isə martın 27–dən aprelin 24-dək təşkil olunacaq. “SABAH” magistratura ixtisaslaşması üzrə isə fevralın 16–dan aprelin 12-dək 8 həftəlik elmi-tədqiqat təcrübəsi keçiriləcək.
Diqqətə çatdırılıb ki, təcrübəçi magistrantlar arasında əcnəbi tələbələr və digər ali təhsil müəssisələrində təhsil alan magistrantlar da yer alır.
Bildirilib ki, magistrant hər bir təcrübədə ayrılıqda maksimum 100 bal toplaya bilərlər. Hər hansı təcrübənin 25 faizindən artığında iştirak etməyən, yaxud yekunda müvafiq keçid balını (51 bal) toplamayan magistrant təcrübədən keçməmiş sayılır.
Tehsil-press.az