Rektor yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb

Rektor yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov 2023/2024-cü tədris ili yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb.
Görüşdə ötən qış imtahan sessiyasının yekunlarından söz açan rektor müvəffəqiyyət göstəriciləri yüksək olan – xüsusi təqaüdlər alacaq tələbələri təbrik edib.
Tələbələrə tövsiyələrini bildirən rektor qeyd edib ki, təhsilalanların əsas vəzifəsi cəmiyyətimizi din sahəsində doğru və düzgün formada məlumatlandırmaqdır. Bu, tələbələrin üzərinə düşən böyük məsuliyyətdir.
A.Şirinov sosial şəbəkələrdə mövcud vəziyyət barədə fikirlərini səsləndirib. Qeyd edib ki, xüsusilə sosial şəbəkələrin müsbət yönləri ilə yanaşı mənfi tərəflərinin də olduğunu unutmamalıyıq.
Rektor cəmiyyətimizin Aİİ tələbələrinə ümidlərinin böyük olduğunu qeyd edərək, onların imam vəzifəsinə təyinatlarının əhəmiyyətinə diqqət çəkib. Vurğulayıb ki, Aİİ-nin məzunları ilə yanaşı, üç müəllimi imam, dörd magistrantı isə imam müavini kimi fəaliyyət göstərir.
Yüksək intellektli, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini sevən mütəxəssislər olmaq üçün tələbələrə institutda hər bir şəraitin yaradıldığını vurğulayan Aİİ rəhbəri bu imkanlardan yararlanmaqla peşəkar kadrlar kimi yetişməyin zəruriliyinə diqqət çəkib.

Tehsil-press.az


Oxşar xəbərlər