İlahiyyat İnstitutunda qış imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub

İlahiyyat İnstitutunda qış imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi şuranın iclasında payız semestrinin yekunları, qış imtahan sessiyasına hazırlıq, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və tədrisin təşkili məsələləri müzakirə olunub.
İclasda Aİİ-nin rektoru dosent Aqil Şirinov 2023-cü ildə institutun fəaliyyəti və qarşıda duran hədəflərdən danışıb. Bakı İlahiyyat Kollecinin yaradılmasının institut üçün böyük əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, kollecin tələbələri dünyəvi fənlərlə yanaşı, dini biliklərə də yiyələnəcəklər. Bu isə Aİİ-yə din elmləri sahəsində daha savadlı gənclərin qəbuluna gətirib çıxaracaq.
Rektor təhsilalanlar üçün nəzərdə tutulmuş ödənişsiz ərəb dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin vacibliyini vurğulayıb.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov 2023-2024-cü tədris ilinin payız semestri üzrə dərslərin keyfiyyəti, tələbələrin dərslərə davamiyyəti, eyni zamanda, qış imtahan sessiyasına hazırlıqla bağlı məlumat verib.
İnstitutun Elm və innovasiyalar üzrə prorektoru dosent Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov tədrisin təşkili, təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər