Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq qurumu olan “Quacquarelli Symonds” (QS) tərəfindən cari ildə işəgötürənlər arasında nüfuzunun artması və məşğulluq göstəricilərinin yüksəlməsinə görə “Məşğulluq Göstəricilərinin Yüksəlməsi Mükafatı” (“Employement Performance Improvement Award”) ilə təltif olunub.
Mükafat BDU-nun rektoru Elçin Babayevə QS-in Strateji Tərəfdaşlıq və İştirak üzrə Qlobal Direktoru xanım Monika Hornunq Kattan tərəfindən İspaniyada keçirilən “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində təqdim olunub. Sözügedən mükafat məşğulluq göstəricilərini və işəgötürənlər arasında nüfuzunu əhəmiyyətli dərəcədə artırmış Avropanın qabaqcıl ali təhsil müəssisələrinə təqdim olunur. Bu, adıçəkilən tədbir çərçivəsində BDU-ya təqdim olunan ikinci mükafatdır.
Məlumat üçün bildirək ki, BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də “Məşğulluq göstəriciləri” (“Employer Outcomes”) indikatoru üzrə dünyada 271-ci, ölkədə isə lider mövqedə qərarlaşıb.
Tehsil-press.az