DİQQƏT! Yalnız buraxılış imtahanlarının nəticələri nəzərə alınmayacaq

DİQQƏT! Yalnız buraxılış imtahanlarının nəticələri nəzərə alınmayacaq 2017-2018-ci dərs ilindən orta məktəblərin reytinq cədvəlləri yeni meyarlar nəzərə alınmaqla hazırlanacaq.
Təhsil Nazirliyinin (TN) Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hər il TN tərəfindən IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır:
"Məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün bu, kifayət deyil. Bu istiqamətdə təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələrinə görə deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar, göstəricilər işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin. Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq".

Təhsil-press.az

Oxşar xəbərlər