Azərbaycan Dövlət İqtisad Universitetində Məmməd Araz gecəsi...

Azərbaycan Dövlət İqtisad Universitetində Məmməd Araz gecəsi... Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xalq Şairi Məmməd Araza həsr olunmuş poeziya gecəsi keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan tədbirdə iqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev görkəmli şairin həyat yolundan söz açıb.
İqtisadi nəzəriyyə kafedrasının dosenti İsa Məmmədov isə Məmməd Araz yaradıcılığından danışıb, onun şeirlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib.
Tədbirdə Əməkdar Artist Ağalar Bayramov ölməz şairin şeirlərini səsləndirib.
Poeziya gecəsində Məmməd Arazın sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

UNEC-in Mətbuat Xidməti


Azərbaycan Dövlət İqtisad Universitetində Məmməd Araz gecəsi...Azərbaycan Dövlət İqtisad Universitetində Məmməd Araz gecəsi...Azərbaycan Dövlət İqtisad Universitetində Məmməd Araz gecəsi...

Oxşar xəbərlər