Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır

Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır Bundesver (Almaniyanın silahlı qüvvələri) İraqda "İŞİD" terror qrupuna qarşı mübarizə üçün beynəlxalq missiyada iştirak edən qüvvələrinin rotasiyasını dayandırır.
Bu barədə AFR-ın Müdafiə Nazirliyinin mətbuat xidməti "Twitter" səhifəsində xəbər yayıb.
Məlumatda qeyd edilir: "İraqdakı vəziyyətin gedişatı səbəbiylə Bundesverin baş müfəttişi (komandanı) Eberhard Zorn ölkədəki silahlı qüvvələr kontingentinin rotasiyasını təxirə salmağa qərar verib".

Tehsil-press.az

Oxşar xəbərlər