Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. Bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov məlumat verib.“Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”, - Ağalarov İnstaqram hesabında yazıb.
Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan artistlər dəyişilməz olaraq qalacaq.
Tehsil-press.az














