
İmtahanın ikinci gününün ilk seansına tarix və coğrafiya, II seansına informatika, fizika və fransız dili fənləri üzrə namizədlər dəvət olunub.
Qeyd edək ki, test imtahanları iyulun 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. İmtahanlar üçün paytaxt üzrə 6 mərkəz (Azərbaycan Texniki Universitetinin İdman Kompleksi, 133, 153, 158, 161, 263 nömrəli tam orta məktəblər) ayrılıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.
Tehsil-press.az