
Alim auditoriyaya “XVII əsrin sonu-XX əsrin əvvəllərində Xirə xanlığının qazı sənədləri və xan yarlıqlarının qeydiyyatı” və “XVII-XIX əsr Kubraviya vəqfi: Orta Asiyada Kubraviya sufi təriqətinin tarixi üzrə yazılı mənbələr” adlı kitablardan hazırlanmış təqdimatını nümayiş etdirərək çıxışında qazı sənədləri, sufi təriqətinin tarixini əks etdirən bir sıra yazılı mənbələri, o cümlədən xan yarlıqları və vəqfnamələr haqqında ətraflı məlumat verib.
Mühazirə iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Professor E.Kərimov sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Elyor Kərimov UNESCO-nun Ümumdünya Yaddaş Reyestrinin Alt Komitəsinin və həmin təşkilatın təsis etdiyi “Sufizm, təsəvvüf və musiqi mədəniyyətinin “İnam yolları” jurnalının üzvü, o cümlədən UNESCO tərəfindən nəşr olunmuş “Mərkəzi Asiya sivilizasiyalarının tarixi” çoxcildliyinin müəllifidir.
Tehsil-press.az