BMU-da qış imtahan sessiyası başa çatıb

BMU-da qış imtahan sessiyası başa çatıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Prestij-S” Tədris Mərkəzinin və “IT Brains Academy”nin tərəfdaşlığı ilə təşkil edilən “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin işçi qrupunun geniş tərkibdə ilk iclası keçirilib.
İclasda universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev və layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov müsabiqənin tələbələr üçün açdığı imkanlardan danışıb, qarşıda duran təşkilati məsələləri müzakirə ediblər.
Bildirilib ki, müsabiqə fevralın 25-dək davam edəcək. Artıq prosesin ilk günündə 500 tələbə müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. Bu da layihəyə olan böyük marağın göstəricisidir.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqə istedadlı və liderlik bacarığı olan tələbələri seçmək, onların peşəkar inkişafına dəstək olmaq və gənclər arasından potensial kadr bankını formalaşdırmaq, universitetin idarəçiliyinə məzunların cəlb etmək məqsədilə təşkil edilir. Müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.
Müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı və kadr bankına əlavə olunma imkanı təqdim ediləcək. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə ediləcək, onlara müvafiq sertifikat və hədiyyələr veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər