BDU-da Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat üzrə şəxsi birincilik turniri keçiriləcək

BDU-da Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat üzrə şəxsi birincilik turniri keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat üzrə şəxsi birincilik turniri keçiriləcək.

Turnirin püşkatma mərasimi 2024-cü ilin 3 aprel tarixində saat 13:30-da BDU-nun İdman-Sağlamlıq Mərkəzində olacaq. Qaliblər BDU HİK tərəfindən mükafatlandırılacaq.

Turnirdə iştirak etmək istəyən əməkdaşlar əlavə məlumat üçün (050) 329-03-20, (050) 322-85-18 telefon nömrələri ilə əlaqə saxlaya, eyni zamanda, İdman-Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər