Bakı Dəri-Zöhrəvi Dispanserində yanğın həyəcanı

Bakı Dəri-Zöhrəvi Dispanserində yanğın həyəcanı Bakının Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində yanğın olub.

Nəticədə həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib və döşəmə 0.5 m² sahədə qarsalanıb.
Dispanser binası yanğından mühafizə olunub.Yanğın saat 20:23-də söndürülüb. Tehsil-press.az bildirir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.


Tehsil-press.az

Oxşar xəbərlər