Moskvada silahlı hücum nəticəsində xəstəxanaya yerləşdirilmiş MMA döyüşçüsü Rəsul Mirzəyev cinayətkarlardan birini şəklindən tanıyıb.
Tehsil-press.az bildirir ki, bu haqda REN TV məlumat yayıb. Telekanal qeyd edib ki, zərərçəkənin döyülməsində hansısa Kamil A. şübhəli bilinir. Vurğulanıb ki, onlar tanışdırlar və döyülməyə qıza görə onlar arasında yaranmış mürəkkəb münasibətlər səbəb ola bilərdi.
Xatırladaq, Mirzəyevə 31 dekabr gecəsi Moskvanın Vostoçnaya küçəsində hücum edilib. O, travmatik tapançadan açılan atəşlə yaralanıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub, hücum edənlər isə qaçaraq gizləniblər. Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi qaldırılıb.
Tehsil-press.az