Seyran Səxavətin oxucularla görüşü keçirilib

Seyran Səxavətin oxucularla görüşü keçirilib Sumqayit Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada görkəmli yazıçı Seyran Səxavətin oxucularla görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Yeganə Əhmədova yazıçıya dəvəti qəbul edib gəldiyinə görə kitabxanaçılar və oxucular adından təşəkkür edib və görüşün formatı haqqında məlumat verib.
Daha sonra şair Əşrəf Veysəlli, gənc yazar Kəramət Böyükçöl, şəhər ziyalısı Sabir Məmmədov, şair-jurnalist Namiq Dəlidağlı, yazıçı Almaz Sahilə və digərləri çıxış edərək Seyran Səxavətin həyatı, yaradıcılığı haqqında fikirlərini, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.
60-cı illərdə ədəbiyyata gələn və oxucularla son dəfə 25 il öncə görüşdüyünü bildirən qonaq çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, çıxışında Azərbaycan dilinin bu günkü vəziyyəti, kitaba, mütaliəyə marağın azalması, milli-mənəvi dəyərlər, müasir ədəbi mühit və digər mövzular haqqında geniş söhbət açıb, oxcuları maraqlandıran sualları cavablandırıb.
Sonda yazıçı müxtəlif illərdə yazdığı şeirlərini oxuyub, gənclik illəri ilə bağlı xatirələrini bölüşüb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər