Ölkə ərazisində faktiki hava açıqlandı, bəs hava necə olacaq?

Ölkə ərazisində faktiki hava açıqlandı, bəs hava necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbr verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.
Yağış Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub.
Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı,şimşək çaxacağı ehtimalı var. . Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək. Cənub-şərq küləyi 5-10 m/s. əsəcək, havanın temperaturu gündüz 22-24°, axşam 20° isti təşkil edəcək.
Sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi 3-8 m/s. əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 23-26° isti təşkil edəcək.
Bu gün Azərbaycanın bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.
Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tehsil-press.az

Oxşar xəbərlər