Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 09-10-da Abşeron yarımadasında mövsümə uyğun mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Tehsil-press.az