Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 60,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,97 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər