Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin elektron kitablarını oxuculara təqdim edir.
Müəllifin “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” kitabında oxucular böyük türkmən aliminin yaradıcılığı ilə tanış ola, İraq türklərinin keçmişini, ədəbiyyatını və qismən də həyat tərzini öyrənə bilərlər.
“Ədəbi məktublar” kitabında isə tanınmış yazıçılara, alimlərə, söz və qələm adamlarına ünvanlanan, onların yaradıcılığına işıq tutan bir-birindən maraqlı məktublar yer alıb.
Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşrləri PDF formatda yükləyə bilərlər. Hazırkı xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.
Tehsil-press.az