Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə üçüncü dəfə Gənc Müəllimlər Məktəbinin seminarı onlayn formada keçirilib.
Seminar tanınmış psixoloq, beynəlxalq dərəcəli Neyro Linqvistik Proqramlaşdırma (NLP) üzrə təlim ustası Babək Bayramov tərəfindən keçirilib. Psixoloq NLP-nin 40 ilə yaxın mövcudluğundan, insanların NLP ilə həyatlarını dəyişmək, daha çox uğur qazanmaq imkanları olmasından söhbət açıb. Mütəxəssisin sözlərinə görə, NLP proqramı ilə nəticənin daha sürətlə alınması, dəqiqələr ərzində inancın dəyişdirilməsi, fobiyanın yox olması mümkündür. Həmçinin bu proqramın təlimi vasitəsilə zehni inkişafda yaranan üstünlüklərdən söhbət açılıb və müəllimlərin sualları cavablandırılıb.
Tehsil-press.az