Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin buraxılış işləri antiplagiatla yoxlanılacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin buraxılış işləri antiplagiatla yoxlanılacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin buraxılış işləri antiplagiatla yoxlanılacaq.
Plagiat olmadığı təsdiqlənən buraxılış işi elektron variantda qəbul ediləcək. İlk dəfə olaraq tələbələri nəzərə alaraq, elektron variantda buraxılış işi müdafiə edilmədən qəbul olunacaq və tələbəyə yenə ümumi orta müvəffəqiyyət göstəricisi təklif ediləcək. Tələbə narazı olarsa və daha yüksək bal üçün mübarizə aparmaq istəyərsə onun üçün uyğun vaxtda müdafiə təşkil ediləcək.
Buraxılış işlərinin təqdim olunmasının dəqiq tarixi yoxdur. Amma tələbələrə iyun ayının ortalarına kimi buraxılış işlərini təqdim etmələri tövsiyə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər