ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib

ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib ADA Universitetində 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının iştirakı ilə canlı yayım baş tutub.
Canlı yayımdan əvvəl bu ali təhsil ocağının tələbələri Sabir Rüstəmxanlı ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə güllər qoyaraq onların xatirəsinə ehtiramlarını bildiriblər.
Ziyarətdən sonra baş tutan canlı yayımda Sabir Rüstəmxanlı universitetin beynəlxalq münasibətlər üzrə tələbəsi Orduxan Qəhrəmanzadənin 20 Yanvar hadisələri ilə bağlı ünvanladığı sualları cavablandırıb.
Deputat qeyd edib ki, 20 yanvar hadisələri xalqımıza yönələn təhdidlərə qarşı göstərdiyimiz birliyi, əzmkarlığı bariz şəkildə nümayiş etdirib.
Bundan əlavə, 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar ADA Universiteti tərəfindən tarix üzrə elmlər doktoru Solmaz Tohidinin iştirakı ilə də onlayn görüş keçirilib.
ADA Universitetinin əməkdaşları, tələbə və məzunlarının iştirak etdikləri görüşdə 20 Yanvar hadisələri ilə bağlı tarixi faktlardan bəhs olunub. Bu hadisələrin tariximizin ən çətin, lakin ən şərəfli dövrü, eyni zamanda, Azərbaycan xalqının iradəsinin göstəricisi kimi xatırlanacağı vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər