Vaksinasiyadan keçənlərin ümumi sayı 8 milyonu ötdü

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 milyonu ötdü Azərbaycanda son sutkada koronavirus əleyhinə 65 849 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə 49 112 nəfərdir.
Vaksinasiyadan keçənlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə isə 3 406 844 nəfər təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər