AMEA-nın Radiasiya Problemləri İnstitutunda qurumun Həmkarlar Təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qadın əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
İ.Mustafayev çıxışında Məhsəti Gəncəvi, Sara Xatun, Xurşidbanu Natəvan, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və digər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə tanınmış Azərbaycan qadınının daim öz müdrikliyi, işgüzarlığı və saflığı, zərifliyi və sədaqəti, mərdliyi, mədəni səviyyəsinin və intellektual potensialının yüksəkliyi ilə keçmişimizə parlaq səhifələr yazdığını qeyd edib: “Xüsusilə ən yaxın dövrdə özünün mütərəqqi fəaliyyəti və qayğıkeş münasibətilə xalqımızın qəlbində yer qazanmış, həmçinin milli-mənəvi dəyərlərimiz və mədəni-tarixi irsimizin qorunub saxlanılmasında, onun təbliğində mühüm xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan qadınının simasına çevrilib”.
Tədbirdə daha sonra fizika üzrə fəlsəfə doktoru Günel İmanova və institutun magistrantı Kimyaxanım Baxışova 2021-ci ildə aktiv elmi və ictimai fəaliyyətlərinə görə Həmkarlar Təşkilatı və Qadınlar Şurası tərəfindən diplomla təltif olunublar.
Sonda institutun Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara bayram münasibətilə xatirə hədiyyələri təqdim edilib.
Tehsil-press.az