Memarlıq və İnşaat Universitetinin “Gənc müəllimlər” məktəbi seminarlara başlayıb

Memarlıq və İnşaat Universitetinin “Gənc müəllimlər” məktəbi seminarlara başlayıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə “Gənc müəllimlər” məktəbinin 2021-ci il üçün nəzərdə tutulmuş növbəti seminarlarına start verilib. Pandemiya səbəbindən karantin qaydalarına uyğun olaraq seminarlar onlayn formada keçirilir. Seminarda 60-dan çox gənc müəllim iştirak edib.
Rektor Gülçöhrə Məmmədova tərəfindən keçirilən ilk seminar “Müasir dövrdə ali təhsilin vəziyyəti və əsas inkişaf istiqamətləri” mövzusuna həsr olunub. Rektor Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiya proseslərinin sürətlənməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət Strategiyası barədə Sərəncamda yer alan 5 strateji istiqamət ətrafında gənc müəllimləri məlumatlandırıb. O, qanun və sərəncamda yer alan bəndlərin müasir təhsil standartlarının formalaşmasında roluna toxunub, gənc kadrlara məsləhət və tövsiyələrini verib.
G.Məmmədova, həmçinin gənclərin yaşlı nəslin nümayəndələrinə nisbətən yeni texnologiyalarla daha yaxşı işləməyi bacardıqlarını vurğulayaraq dərs prosesində belə kreativ metodlardan istifadənin əhəmiyyətinə toxunub, dərslərin keyfiyyətini artırılmasında praktik dərslərə daha çox üstünlük vermələrini onlara məsləhət görüb.
Seminar mövzu ətrafında diskussiya ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər