Türkiyədə partlayış baş vermiş mədəndə kömür istehsalı dayandırıldı

Türkiyədə partlayış baş vermiş mədəndə kömür istehsalı dayandırıldı Türkiyənin Bartın vilayətindəki partlayış baş vermiş daş-kömür mədənində kömür istehsalı müvəqqəti dayandırılıb.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib.
Nazir bildirib ki, hazırda mədəndəki yanğının söndürülməsi və digər təhlükəsizlik prosesləri davam edir. Mədənin yenidən istismara hazırlanması üçün mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görüləcək.
Ədliyyə naziri Bəkir Bozdağ isə məlumat verib ki, baş vermiş faciə ilə bağlı istintaqı beş prokuror davam etdirir. Araşdırmalar düşüncələrdəki bütün suallara aydınlıq gətirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər