Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində “Məşhur şərqşünasla görüş” seriyasının növbəti görüşü keçirilib.
Görüşdə qonaq qismində fakültənin 1998-ci il məzunu, fövqəladə və səlahiyyətli səfir, Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Bünyad Hüseynov iştirak edib. O, tələbələrə Azərbaycan şərqşünaslığının və diplomatiyasının qarşısında duran hədəflər barədə məlumat verib, Azərbaycan dövlətinin son illər həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərini açıqlayıb.
B.Hüseynov sonra tələbəlik illərini, müəllimlərini xatırlayıb, uğurlu şərqşünas və diplomat olmağın yolları barədə fikirlərini bölüşüb, tələbələrə daim dövlət maraqlarını yüksək tutmağı, daha çox oxumağı tövsiyə edib.
Fakültənin dekanı Aydan Xəndan və İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov tədbirin əhəmiyyətini vurğulayıblar.
Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az