ATMU-nun müəllimi Rumıniyada ali məktəbdə turizm məhsulunun hazırlanması fənnini tədris edib

ATMU-nun müəllimi Rumıniyada ali məktəbdə turizm məhsulunun hazırlanması fənnini tədris edib Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının müəllimi Ülviyə Cümşüdlü “Erasmus+” proqramı üzrə Rumıniyanın Alexandru İoan Cuza Universitetində Coğrafiya və geologiya fakültəsinin tələbələrinə turizm məhsulunun hazırlanması fənnini tədris edib.
Akademik heyətin mobilliyi həftəsini şərtləndirən təlimlərdə Azərbaycan tarixi və mədəniyyəti, milli mətbəxi, turizmi, Azərbaycan və Rumıniya əlaqələri, iki ölkə arasında oxşar və fərqli mədəniyyət nümunələri müxtəlif rakurslardan dəyərləndirilib. Universitetin müvafiq kurs və ixtisas tələbələrinin iştirakı ilə turizm məhsulunun hazırlanması, yaradılması, hərəkətə gətirilməsi, reklamı, satışı, eləcə də Azərbaycan və Rumıniyada bu proseslərin gedişatı ətrafında mühazirələr keçirilib.
Ülviyə Cümşüdlü Rumıniyanın Alexandru İoan Cuza Universiteti tərəfindən sertifikata layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər