Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb, dahi rəhbərin elm və təhsilə daim xüsusi önəm verdiyini vurğulayıblar.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinə verdiyi dəyər, klassik irsə qayğısı barədə məlumat verib. O, dahi rəhbər Heydər Əliyevin tariximizin əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb”.
Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsini milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırıb. Bu ideologiya milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.
Tədris işləri üzrə dekan müavini Ərəb filologiyası kafedrasının dosenti Tərlan Məlikov müasir Azərbaycanın təhsil sisteminin formalaşmasına Ulu Öndər Heydər Əliyevin daim böyük diqqət göstərdiyini xatırladıb.
Sonra fakültənin gənc doktorant və magistrantlarının “Ərəb əlyazma fondları”, “Xətib Təbrizinin “Kitab Əl-Kafi” əsəri”, “İmadəddin Nəsiminin dilində alınma sözlər”, “Azərbaycan və yapon dillərində feillərin ekvivalentliyi”, “Məsud Səəd Salman “Divan”ı klassik yaradıcılıq modeli kimi”, “Holokost mövzusu Aharon Appelfeldin yaradıcılığında”, “İbri dilində hərbi terminologiyanın inkişaf tendensiyaları”, “Müasir türk ədəbi dilində cümlə anlayışı” kimi mövzularda məruzələri dinlənilib.
Tehsil-press.az